• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,087 hits
  • Advertisements

Seçdiyimiz yol Azərbaycanın gələcəyinə xidmət edir.

Gələcək bizim olsun deyə…

DAVAM!?

  • Enerjimizi təşkilatlanmağa və İnsan Resurslarına yönəltmək
  • Universitetlərdə güclənmək
  • İctimai Əlaqələr, Mediya və Ədəbiyyat sahələrində peşəkarlaşmaq
  • Beynəlxalq Münasibətlər

1 illik kampaniya: “Mənim Təhsilim! – Mənim Gələcəyim!”.

  • Ali məktəblərdəki problemləri mütəmadi gündəmdə saxlamaq və problemlərin həllinə çalışmaq, təkliflər vermək
  • Ali məktəblərdə monitorinqlər aparmaq
  • Sessiyalarda “Rüşvətsiz Təhsil” mövqeyi nümayiş etdirərək tələbələrin maraqlarını sonuna Continue reading
Advertisements

Namizədin birinci müavini istefa verdi

Dalğa GH-nin sədrliyinə namizəd İlkin Əlisoyun 1-ci müavini postundan istefa verdi

Xəbər verildiyi kimi Dalğa Gənclər Hərəkatının sədrliyinə 4 nəfər namizədliyini irəli sürüb. Onlardan biri – İlkin Əlisoyun birinci müavini Tural Qurbanlı müavinlikdən istefa verib. O, özünün Facebook səhifəsində bunu vaxt çatışmamazlığı ilə əlaqələndirib.

İlkin Əlisoy isə “seçki2011″ə açıqlamasında bildirib ki, bu onun demokratik seçimidir: “Tural Qurbanlı sonuncu kursda təhsil alır. Bu səbəbdən də dərslərlə əlaqədar onun vaxt çatışmamazlığı yaranırdı. Bizim isə əsas məqsədimiz bu ölkədə təhsilli gənclərin daha çox olmasıdır. Həm də demokratik ənənələrə əsasən insanı hansısa posta məcburi gətirmək olmaz. Artıq özümə yeni 1-ci müavin seçmişəm. Bu əvvəllər Dalğada media koordinatoru vəzifəsində çalışan Nərmin Nöqtədir.  Ümid edirəm ki, Nərminlə biz uğur qazanacağıq.”

İlkin Əlisoy gənclərlə görüşəcək

Dalğa Gənclər Hərəkatının sədrliyinə namizəd İlkin Əlisoy gənclərlə görüş keçirəcək. 7 fevral 2011 tarixində “Far center”də saat 16:00-da o və müavini Tural Qubanlı gənclərə platformalarının detallı izahını verəcəklər. Odur ki, hər bir Dalğaçı və marağı olan gənc dəvətlidir.
Ünvan: Mustafa Sübhi 15
Əlavə məlumat üçün: Pərviz Əzimov (050) 375 76 13 və Arzu Azəri AdEm (055) 758 66 86

“Niyə sözlər yenə də havada qaldı?”

Rəqiblərimə müraciət
Hörmətli Orxan Nəbiyev, İlkin Əlisoy və Araz Önər, fikirlərim sizinlə bağlıdır.
Yaxşı ki, Araz Önərin özü olmasa da, müavini Azər Aydın video-roliklər hazırlayıb Araz Önərin də sədrliyə namizəd olduğu barədə insanları bilgiləndirir. Mənə daim aktiv olduğunu bildiyim və bacarığına qətiyyən şübhə etmədiyim Arazın özünün platformasından başqa fikirləri maraqlıdır. Amma hələ susqunluqdur. Bloqdakı yazılardan hec olmasa birini seçkilərə həsr elə. Bu bir xahişdir!
Orxan Nəbiyev, yarı zarafat, yarı ciddi acgöz namizəd adı aldın. Bir reaksiyan olsa, qoy elə yarı zarafat olsun, cavab versən əla olar.
Çox sevdiyim bir insan İlkin Əlisoy, başa düşürəm ki iş adamısan, amma belə baxanda hamımızdan passivi sənsən və sözsüz ki, müavinindir. Yəqin ki, həmişəki kimi sürprizlər bizi gözləyir sən tərəfdən. Amma düşünürəm ki, artıq vaxtıdır. Əgər xalqın bir hissəsinə belə olsa sağlam seçkilər, normal rəqabət göstərmək istəyiriksə, gəlin diri olaq. Qarşıda bizi bir illik fəaliyyət gözləyir.
Azər Aydının hazırladığı video rolik vasitəsilə müraciətində vurğuladığı nüanslarla da razıyam. Komissiya hara baxır? Niyə sözlər yenə də havada qaldı?

Hamımıza uğur olsun! Hafiz Poladzadə, Dalğa GH-nin sədrliyinə namizəd

“Biz, M.Ə.Rəsulzadə və Ə.Elçibəy dalğasıyıq”

Müsahibimiz Dalğa Gənclər Hərəkatının ən qocaman üzvlərindən biri, bəzən yarı zarafat – yarıciddi “boz kordinalımız” adlandırılan Rövşən Nəcəfovdur.

– Rövşən bəy, Hər il Dalğa Gənclər Hərəkatında sədrliyə namizədliyini irəli sürənlər “yeni nəsl”in nümayəndələri olurdu. Bu il isə sanki bu ənənə pozuldu. Bunun səbəbini necə izah edə bilərsiz?

– Razıyam. Bundan əvvəlki seçkilərə nəzər saldıqda “Dalğa”da sədrliyə namizəd hətta bir ay üzv olmuş gənc də olub. Yəni, bu il hansısa yeni üzvlərin namizəd olmaması da bir dönəmdir. Çünki, Dalğada kiminsə namizəd olub-olmamasını gənclərin özləri seçirm edir. Bu onların azad seçimidir. Fikrimcə yeni üzvlər ilk öncə idarə heyətində bir təcrübə qazanmaq və daha sonra sədr olmağı məqsəd bilirlər. Builki namizədlər Dalğa GH-nın idarəlçiliyində yetərincə təcrübə qazanmış faəllardır. Yenə də zaman var, yeni üzvlərdən namizədliyini irəli sürə bilərlər.

– Özünüzün də Dalğada kifayət qədər təcrübəniz var. Niyə namizədliyinizi irəli sürmədiniz? Continue reading

İlkin Əlisoyun seçki posteri

Araz Önərin təbliğat videorliki