• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,088 hits
  • Advertisements

Araz Önərin seçki manifesti -AZADLIQ

Bu gün içində yaşadığımız ölkənin problemlərlə dolu bir dövrünü yaşayırıq.

Azərbaycanda söz azadlığı, insan haqqları, insanların ekonomik haqqları qəti şəkildə pozulur. Müəllimlərin maaşı minimüm göstəricilərə cavab vermir. Bir çox insanın 8 saatlıq iş prinsipi pozulur, onlar istirahət günlərində belə işləməyə məcbur olurlar.

Tələbələrin keyfiyyətli təhsil alması üçün təhsil ocaqlarında kifayət qədər dərs vəsaiti və avadanlıq yoxdur. Universitetlərdəki təhsil haqqı təhsilin keyfiyyətinə cavab vermir. Tələbələrin hüquqları aşkar şəkildə pozulur. Universitetlərdəki həmkarlar təşkilatları bir çox hallarda universitet rəhbərliyindən asılı olur.

Tələbələr müstəqil şəkildə düşünmək, özünüifadə etmək və davranmaq hüququndan tam şəkildə məhrumdurlar. Onların hər hansı təşkilata və ya siyasi partiyaya üzvlüyü aşkarlandıqda universitet rəhbərliyi onlara təyziq edir.

Fəhlənin, kəndlinin torpağı qanunsuz şəkildə özəlləşdirilir və satılır. İl boyu hər cür əziyyətə qatlanaraq əkdiyi, becərdiyi məhsullar qalıb çürüyür.

Öz daxili məhsulumuzu yüksək keyfiyyətlə ucuz qiymətə ala biləcəyimiz halda, oliqarxların monopolist və xarici qüvvələrin imperialist maraqları ucbatından ,xarici malları almağa məcbur oluruq.

Kimiləri bu zülmün altında ölkədən xaricə üz tutub xoşbəxtliyini axtarmağa çalışır, kimiləri ölkə daxilində bu təyziqlərə dözməyib sınır,  kimiləri isə hələ də hər şeyə dözməklə məşğuldur.

İllərdir Azərbaycanda hökm sürən bu avtoritarizm yalnız siyasətlə məşğul olan hərəkatların deyil, ictimai hərəkatların da qınaq obyektinə çevrilməli, məhz bu yöndə addımlar atılmalıdır.

Üstündə yaşadığımız torpağın gələcək nəsillərə uğurla və fəxrlə ötürülməsi üçün “Dalğa” kimi təşkilatın da bu azadlıq prosesinə öz açıq aydın mövqeyi verilən töhvəsi lazımdır.

Mən “Dalğa”nı bütün bu olanlara qarşı mübarizədə öndə gedən və siravi insanların haqqını müdafiə edən bir təşkilat kimi görmək istəyirəm.

Bütün bunları nəzərə alaraq, Mən, Araz Önər,

Dalğa Gənclər Hərəkatının növbəti qurultayında, sədrlik postuna namizədliyimi verirəm.

23.01.2011,Niderland krallığı.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: