• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,088 hits
  • Advertisements

İlkin Əlisoyun seçki manifesti – BARIŞ

  • BARIŞ SİYASƏTİ

Bir çoxumuza məlumdur ki, Azərbaycanın ictimai arenasında bir növ soyuqluq yaşanır. Mənsub olduğu təşkilatdan asılı olaraq fəallarımız bir birinə qarşı elə də can yandırmır, müxtəlif toplantılarda olarkən hamı çalışır öz təşkilatdaşlarıyla ünsiyyətdə olsun. Halbuki hamımızın məramı eynidir və bu cür soyuqluq bizim yalnız əleyhimizə işləyir. Təbii ki, hər bir gənc üçün onun yaratdığı, üzvü olduğu təşkilat çox əzizdir və onu heç bir şeylə dəyişməz. Ən azı məndə belədir. Amma bir çox məsələlərdə biz bir olmalıyıq, necə deyərlər qaynayıb-qarışmalıyıq.

Odur ki, bəylər və xanımlar, barışaq. Seçiləcəyim təqdirdə Dalğanın, belə demək mümkünsə, xarici siyasəti bundan başlayacaq. Bu məqsəd yolunda konkret addımlar atılacaq.

  • KLASSİK DALĞA

Dalğaçılar arasında, xüsusən köhnə nəsil hərəkatçılarda, son zamanlar güclü nostalji hisslər baş qaldırıb. Bir çox dostumuz “Yadınızdadır, o vaxtı filan aksiyada filankəs belə eləmişdi…” tipli cümlələr işlədir. Bunu çox gözəl başa düşürəm və özüm də o vaxtlar üçün darıxıram. “O vaxtlar” deyəndə Dalğanın çılğınlığı, qeyri-standartlığı, orijinal aksiyaları nəzərdə tutulur.

Seçiləcəyim təqdirdə üzvlərimizə və təəssübkeşlərimizə klassik Dalğanı qaytarmaq istəyirəm. Biz onda daha güclü və lazımlı idik.

  • İDEOLOJİ VƏ TEXNİKİ İŞLƏR

Məlum olduğu kimi bizim hal-hazırda ofisimiz yoxdur və müxtəlif təşkilatların ofislərində toplanırıq. Bu maneə olmasa da müəyyən narahatçılıq yaradır istər-istəməz. Ən qısa zamanda Hərəkat üçün bir ofis tutulmalıdır və ora köçməliyik. Bu bütün hallarda müsbətdir və işimizi rahatlaşdırar.

Çoxdandır çapına hazırlaşdığımız, M.Ə.Rəsulzadənin həyatından bəhs edən “Dönməzlik” povestinin axır ki, çapını reallaşdıracayıq. Bu müəyyən miqdarda maliyyə tələb etsə də, düşünürəm ki, Dalğanın daxili büdcəsi buna imkan verər.

Axırıncı geniş toplantıda səsləndirilən ideyalardan biri o idi ki, Dalğa Gənclər Hərəkatının rəsmi döş nişanı hazırlanmalıdır. Bu ideyanı dəstəkləyərək, seçiləcəyim təqdirdə, ən qısa müddətdə bunun reallaşmasına çalışacağam. Bizim Dalğaçı olduğumuzu artıq hər kəs bilməlidir.

Dalğanın hər zaman qeyri-standart olmasını nəzərə alaraq bəzi postların adını dəyişdirmək fikrimiz var: “koordinator” sözü “sorumlu” sözüylə əvəzlənməlidir (məs.: ictimaiyyətlə əlaqələrdən sorumlu); “mətbuat xidmətinin rəhbəri” ifadəsi “Dalğa Gənclər Hərəkatının sözcüsü” ifadəsiylə, “Dalğa GH’nin X ölkəsindəki nümayəndəsi” ifadəsini “Dalğa GH’nin X ölkəsindəki elçisi” ifadəsiylə dəyişdirmək də istəyimizə daxildir. Bunlar təbii ki, xırda texniki işlərdi və Qurultayın ikinci hissəsində üzvlərə sadəcə təklif olunacaq.

Məndən bu qədər. Qısa, yığcam. Mən və birinci müavinim Tural Qurbanlının planları, görüntüləri budur. Seçim isə sənindir, əziz Hərəkatçı.

İlkin Əlisoy

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: