• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,088 hits
  • Advertisements

Orxan Nəbiyevin seçki manifesti – DAVAM

Salam, əziz dalğaçım.

Səninlə səmimi olacam. Biz bu gün elə bir şəraitdə yolumuzu davam etdiririk ki, ətrafımıza baxdıqda bizdən başqa heç kim yoxdur. Hər kəs bizə ümidlə baxır, bizdən umur amma eyni zamanda bizi təqqir edir, alçaldır, qorxaq deyir.

Biz bir seçim etdik o gün, bizimlə razılaşmayanlar oldu, üzümüzə tüpürəndə. O yol, hər bir üzvümüzü uğursuzluğun eforiyasından, onları maşının çarxından xilas etməkdir. Repressiyadan yayınıb ali məqsədimizə çatmaqdır.

Bu yolda bizə hər kimin təşkilatı deyiblər, hakimiyyətin qulu deyiblər. Fikir verməmişik. Demişik it (itlər) hürər karvan isə nizamlı şəkildə başını aşağı salıb vahələri keçə-keçə çatar öz məqsədinə. Bu itlər dişləməyiblər, ömür boyu uğursuzluqlarının səbəbkarını, satqın axtara-axtara qalacaqlar. Biz onlara qalib gəlmişik artıq. Biz insanlar qazanmışıq, biz işlər görüb ucalmışıq, göz yaşları silib cəmiyyətə kadrlar təqdim etmişik. Biz onlara geri dönüb baxmayacağıq. Biz onlardan ucayıq.

Beynəlxalq Liberal Gənclər Federasiyasına üzv olub 1 il ərzində onların ən aktiv üzv təşkilatı olmuşuq. Hər bir tədbirlərində aktiv iştirak etmişik. Maraq obyekti olmuşuq. Dəstək qazanmışıq. Sevilmişik. Biz onlardan çox şey öyrənmişik, onlar da bizdən. Bu bizim uğurdur.

Bu gün bizi söyənlər bizdən çıxıblar, onlara insanlar qarşısında çıxış etməyi, müsahibə verməyi, təşkilatçılığı biz öyrətmişik. Olsun. Demirik bağa çanağında çıxdı çanağını bəyəndmədi. Bu məsəldən zəhləm gedir. Biz onların uğuruna sevinirik. Hər birinə biz hər zaman kömək edəcəyik, kömək etdiyimiz kimi.

Əziz dalğaçı, biz kütlələr deyil, insanlar qazanmağı üstün tutduq. Necəki səni qazandıq. Hər bir şəraitimiz olacaq söz verirəm. Uğur dalınca uğurumuz olacaq. Səni bu yolda birgə addımlamağa çağırıram. Bizi heç kim durduramayacaq. Çünki biz hər zaman mövcud olmuşuq və olacağıq.

Əziz dostum, dalğaçım, sənə səslənirəm –  Yola davam!

Davam! – bu mənim və mənim müavinim Cəmilə İbrahimovanın 2011`ci il Dalğa Gənclər Hərəkatının sədr seçkilərinin şüarıdır.

Mənim seçki platformam bu manifest üzərində qurulacaq, konkret məqsədlər, iş planı və icra vaxtları göstəriləcək. Seçicilərlə görüş zamanı rəsmi və detallı şəkildə platformam elan olunacaq.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: