• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,088 hits
  • Advertisements

Ağarəhim Poladov – Estafet Çubuğu

Artıq bir ildir ki “Dalğa” adlı marafonda qaçıram. Ürəkdən və var gücümlə qaçırdım, əvvəllər heç tanımadığım, indi isə dost, qardaş, bacı adlandırdığım insanlarla qaçıram. Onlarla maneələr: polis bölmələri, basqınlar, hədə-qorxular və satqınları keçib qaçıram. Və vaxt gəldi ki estafet çubuğunu növbəti qaçıcıya – komanda yoldaşıma ötürüm.

Maraqlıdır, həmin çubuğu yerdən götürmüşdüm. O tozlu, yazıq və lazımsız görsənirdi. Bir ay uğrunda mübarizə gedirdi. Maraqlı görüşlərdən, mübahisələrlə dolu debatlardan və həyəcanlı seçkilərdən sonra sahibi müəyyən olundu. Bu çubuq çox lazımlı bir əşya imiş. Hamı onu yeni sahibinin əlindən almaq istəyirdi. Onlar bizim komandadan deyildi. Onlar tam başqa oyundan gəlib qoşulmuşdurlar bizim marafona, özü də ən sonunda. Ən maraqlısı və kədərlisi odur ki, bizim çubuğumuz onlara lazım deyil. Onlar onu yerə atmaq üçün gəlmişdirlər: universitet müəllimləri, özlərini “dost” adlandıranlar, polislər və digərləri. Atdılar…

Həmin gündən bu “çubuq” bir həftə diqqətdən kənarda qaldı. Üstünə yağışlar yağmışdı, küləklər əsmişdi. Onu qaldırmaq bir borc idi mənim üçün. Yenicə komandaya qoşulub orada özümü ən qocaman üzv kimi hiss edirdim.

O gündən bu estafet çubuğu məndədir. Bəzən “evdəkilərə” görə onu gizlətməyə çalışırdım, bəzən isə başımın üstündə uca bayraq kimi tutub qaçırdım. Bir ay bundan əvvəl əllərim titrəyirdi, və həyəcandan tərləmişdi. İndi isə onlar sərbəst və qurudurlar, çünki çubuğu layiqli komanda yoldaşıma ötürəcəyəm. Qorxuram belə çətin seçim qarşısında qalıb onu sındırıb üç hissədə verim. Amma “qayda var qanun var”)))). Və ən başlıca demokratiya var. Mən isə rahatam. Artıq həmin sürətlə qaçmıram. Yüngül, səhər qaçışının addımı ilə gedirəm finişə doğru, orda estafet çubuğunu etibarlı əllər gözləyir.

Ağarəhim Poladov

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: