• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,088 hits
  • Advertisements

Araz Önərin seçki platforması


Nə olacaq?

  1. Azərbaycanda baş verən insan haqqları pozuntularını daha yaxından izləmək, bu pozuntuların qarşısını hüquq çərçivəsində almaq üçün Dalğanın tərkibində “Gənc Hüquqmüdafiəçiləri” qrupu yaradılacaq. Bu qrupa müxtəlif gənc hüquqşünaslar və hüquq müdafiəçiləri cəlb olunacaq.
  2. Hərəkat ilin hər rübündə Azərbaycanda pozulmuş insan haqqlarının hesabatını İngilis və Azərbaycan dillərində hazırlayıb rəsmi veb səhifəsində yayımlayacaq.
  3. Yuxarıdakı bənddə veb səhifə sözünü nəzərə alaraq hərəkatın saytı yaradılacaq :)
  4. Hərəkatın regionlara çıxışını maksimuma çatdırılması üçün müxtəlif layihələr reallaşdırılacaq.
  5. İndiyənə qədər edilmiş işlər heç bir ixtisar olmadan davam etdiriləcək…

Nə olmalıdır?

  1. Dalğa Gənclər Hərəkatının idarə heyəti hər ay üzvlərə maliyyə hesabatı verməlidir. Maliyyə hesabatının verilməsi göstərilən müddətdən sonra 2 həftə gecikərsə idarə heyəti buraxılmalıdır.
  2. Dalğa Gənclər Hərəkatında  ”Üzvlərlə İş” üzrə koordinatorluq yaradılmalıdır. Koordinatorluq hər ay yeni üzvlərin hesabatını verməli və Dalğanın sıralarını tərk etmiş üzvlərin adlarını və səbəblərini açıqlamalıdır.
  3. Dalğa Gənclər Hərəkatının sədri ən azı 2 ayda 1 dəfə olmaqla mətbuat konfransı keçirməli, olmuş və olacaq işlərlə bağlı qısa hesabat verməlidir. Həmçinin jurnalistlərin suallarını cavablandırmalıdır.
  4. MTNK-nın üzvləri 5 nəfər olmaqla hər ay növbə ilə dəyişməlidir. Dalğa Gənclər Hərəkatının bütün üzvlərinə bu komissiyada iştirak etmək hüququ verilməlidir.
  5. Dalğa Gənclər Hərəkatının sədrinə fövqəladə hallarda İdarə Heyətindən kənar qərar vermək haqqı verilməlidir.
  6. Mən sədr seçilmədiyim halda belə yuxarıdakı təkliflər Qurultayda müzakirə olunmalı və müddəalarla səsverməyə qoyulmalıdır.

http://11.arazoner.net/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: