• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,088 hits
  • Advertisements

Namizədlərin sayı 4-ə çatdı

Dalğa Gənclər Hərəkatının fəal üzvü Hafiz Poladzadə də Dalağa Gənclər Hərəkatının sədrliyinə namizədliyini irəli sürüb. Onun namizədlik məsələsinə Dalğa GH-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində baxılıb və heç bir problem olmadığı üçün namizədliyi qeydə alınıb.

Namizəd Hafiz poladzadənin birinci müavin kimi təqdim etdiyi şəxs isə Dalganın fəalı Fərhad İbrahimovdur.

Hafiz Poladzadənin Tərcümeyi—halını sizlərə təqdim edirik

Poladzadə Hafiz Müseyib oğlu. 24 iyul 1988-ci ildə Sumqayıt şəhərində dünyaya gətirilib.  1994 cü ildə Xətai rayon 261 saylı lisey, 1995-ci ildə S.C. Pişəvəri adına Respublika Humanitar fənlər Gimnaziyasına müsabiqə yolu ilə qəbul olunmuşdur. Məktəb illərində Coğrafiya üzrə olimpiadada Bakı ikincisi olmub. 2005-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirib Azərbaycan Dövlət Neft Akademiyasının Ümumi İqtisadiyyat fakultəsinin Beynəlxalq İqtisadi Münasibətlər və Menecment ixtisası üzrə təhsilə başlayıb.

2007-ci ildən MAQNAT və XƏMSƏ intellektual oyunlar klubunun üzvüdür. Həmin il universitet üzrə kapitanı olduğu GENİUS komandası Что? Где? Когда? Müsabiqəsində 3-cü yerə layiq görülmüş, 2008-ci ildə “Brain Ring” müsabiqəsində Kubik-Rubik komandasının tərkibində 1 ci yeri qazanıb.

2008-ci ildə 5 tələbə ilə birlikdə Baku Crumb Company layihəsi əsasında eyni adlı şirkətin qurucularından biri və Texniki işləri üzrə Meneceri olub.

2008-ci ildə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin İT şöbəsində 3-cü dərəcəli proqramçı vəzifəsində çalışmışdır.

2008-ci ildə Junior Achievement təşkilatının HPGBC (HP Global Business Challenge) üzrə dünya olimpiadasına qatılmışdır və ½ finala qədər yüksəlmişdir.

2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasından pr. Süleymanovla birgə “Beynəlxalq İqtisadi Münasibətlər üçün İnformasiya Mənbələri” və “BİM-də İnformasiya və Texnologiyaların Beynəlxalq Mübadiləsi” mövzularında iki elmi məqalənin müəllifidir. 2009-cu ildə akademiyanı fərqlənmə ilə bitirib hərbi xidmətə çağrılmışdır.

2008-ci ildən ictimai fəaliyyətlə dərindən maraqlanmağa başlamış və Dalğa Gənclər Hərəkatına qoşulmuşdur. İctimai fəaliyyəti boyunca Dalğa Gənclər Hərəkatında 1 il müddətində Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, hərəkatın daxilində fəaliyyət göstərən klub və ekolların işlərinə yaxından köməklik göstərmiş və nəzarət etmişdir. Bir çox konfrans, flash-mob və görüşlərin təşkilati idarə heyətində olub..

2009-cu ildə Dalğa Gənclər Hərəkatının və ABŞ Departamentin əməkdaşlığı ilə qonaqlar üçün liderlik proqramı çərçivəsində “Könüllülük və Gənclərin fəallığı” mövzusunda ABŞ-da təlimdə olmuşdur və bir çox böyükmiqyaslı QHT-lərlə informasiya mübadiləsi aparıb.

2010-cu ildə NATO Əməkdaşlıq İnstitutunda Mərkəzi İT Departamentinin direktoru olmuş, 3 dəfə Dalğa Gənclər Hərəkatının Fridrich Naumenn Foundation-un təşkil etdiyi seminar və akademiyalarda təmsil etmişdir.
2010-cu ildən Junior Achievement Alumni Club-ın Xüsusi Üzvüdür.
2011-ci ilin yanvar ayından Dalğa Gənclər Hərəkatının sədrliyinə namizədliyini irəli sürüb.
Hazırda Paradiqma MMC-də Marketin Menecer vəzifəsində çalışır.

Hobbi: PC oyunlar, əskinas kollkesiyası, avto-stopla səyahət.
Maraqlar: Marketinq, foto və video art, parapsixologiya.
Dil bilikləri: İngilis, Rus, Fars, Türk, Alman
Həyat Şüarı: Mən hər şeyi bacararam, çünki mən düşünürəm ki, mən bacararam.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: