• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,088 hits
  • Advertisements

1-ci müavin namizədi tənqid etdi

Dalğa Gənclər Hərəkatı sədrliyinə namizəd Araz Önərin birinci müavini Azər Aydın digər bir namizəd Orxan Nəbiyevi tənqid edib. Azər Aydının tənqidi məqaləsini sizlərə təqdim edirik.

Seçki kompaniyasına dair bəzi irad və təkliflər

Seçki təbliğatı və təşviqatı çərçivəsində, namizədlər arasında ilk olaraq Araz Önər`lə bir arada təqdim elədiyimiz video çarx , rəqib namizədləri doğrudanda sirkələməyə , onları yuxudan oyandırmağa çox böyük kömək oldu.

Rəqiblərimizin yadında düşdü ki , namizəd olmaq “artıq nəsə bir iş gördüm” demək deyil.

Baxmayaraq ki , hələ də bu namizədlik yuxusundan oyanmayan rəqiblərimiz , yenə də öz yuxularına davam edirlər.

Dünən “Dalğa Gənclər Hərakatının” – sədrliyinə namizəd olmuş Orxan Nəbiyev`in seçki promo posteri bizlərə təqdim olundu.

İlk öncə buna görə çox sevindik. Axır ki , rəqiblərimizdən kimsə özünün namizəd olduğunu xatırlamışdı.

Ancaq , Orxan bəyin təqdim etdiyi posteri gördükdən sonra bilmədik ki, üzülək , yoxsa sevinək…

Posterə diqqətlə baxdıqdan sonra bizə aydın oldu ki , dostumuz Orxan sadəcə “məndə bir iş gördüm” – prinsipinə uyğun olaraq bunu hazırlayıbmış.

Posterin belə “savadsızcasına” hazırlanması bizi doğrudan da üzmüşdü.

Yəni doğrudandamı , bizim əsas bildiyimiz rəqibimizin belə zəif imiş ?! ….

Sizə aşağıdakı bəndlərdə Orxan Nəbiyev`in və onun hazırladığı , bizlərə təqdim etdiyi bu logonun əsas tənqidi müddəalarını sadalayacağıq :

1. Promo posterin üzərində olan əsas üç rəng : “mavi” və “qırmızı” , həmçinin bu iki rəng arasında olan “bəyaz” çalarlarla olan üfüqü xətlərin mənasının nə olmasını heç birimiz bilmirik. Adətən bu cür xətlərlə bəzədilmiş posterlərdə əsas olaraq üç rəng (göy,qırmızı,yaşıl) dövlət bayrağımızın simvolikası kimi məqsədlənmiş yönümdə mövcüt olur.

Lakin , Orxan Nəbiyevin göstəridiyi xətlərdə isə təzadlar qabarıq şəkildə özünü biruzə vermişdir.

Cənab Nəbiyev`in İsrael dövlətinə olan simpatiyasını da nəzərə alaraq da , bir başqa baxış bucağı altında da posterə diqqət yetirdik. Ancaq , təəssüfki yenə də üzüntüyə düçar olduq.

Olmaya Orxan bəy Niderland da olan hansısa seçkilərə hazırlaşır ???

2. Üç xəttin aşağı hissəsində olan “üç başlı” üç əjdaha rəsmi isə öz funksiyallığını bəyazlar içərisində itirmiş , “bir yumurtadan sanki üç cücə çıxırmış” kimi görsənir. Necə deyərlər, Orxan bəy qaş düzəltmək istəyərkən, vurub göz çıxardıb.

P.S : Biz əjdaha da lazım deyil !

3. Promo posterin üzərində olan yazılara diqqət yetirək. Orxan Nəbiyev` isimli dostumuz nədənsə öz ismini “O.Nəbiyev” – kimi göstərmişdir. Bəlkə də bu posterdə ən böyük və ağrılı-acılı yalnışlıq elə budur.

Beləki , posterin hazırlanmasının qeyri-peşakar olması açıq-aydın görsənir. Əgər sənin ismin yazılarkən uzundursa , bu nə mənim, nədə ki seçicinin təqsiri deyil ! Sən borclusan ki , bizə öz adını və soyadını birgə təqdim edəsən ! Posterdə sənin foton olsaydı , hə yenə də o zaman keçmək olardı ki , baxan anlayacaqdır. Barak Obama belə öz fotosunu xalqdan əksik etmir, bəyəm “O.Nəbiyev” – cənab Obama`dan belə tanınmış, üstün və özündən əmin, özündən razıdır ???

4. Posteri hazırlayan şəxs sanki Azərbaycanda yaşamayan birisi kimi görsənir. Azərbaycanda “xalq dilini” nəzərə almayaraq bu cür ciddi işlər görmək heçdə təqdirə layiq bir iş deyil.

Hər kəs bilir ki , Azərbaycan xalqı arasında , xüsusəndə gənclik sferasında “O.” – anlayışı hansı məqsədlər üçün istifadə olunur.

5. Mən yuxarıda da qeyd elədim ki, seçki, namizəd olmaq , təbliğat-təşviqat kimi proseslər – bunlar çox ciddi məsələlərdir.

Ancaq , siz deyəsən ya məsələnin mahiyyətini hələ də fərq etməmisiniz , yada ki sadəcə olaraq bizləri ələ salırsnız.

Şəxsən mən, bir seçici olaraq bunu özümə təhqir kimi qəbul edirəm. Və ümüd edirəm ki, hörmətli seçicilər də bunu nəzərə alacaqdırlar.

Orxan bər “11” – nədir ?

Bunu posteri hazırlayan şəxsin qeyri-peşakarlığı kimi dəyərləndirək , yoxsa sizin “seçki savadsızlığınız” kimi ???

Plagiat`dan istifadə eləmək elə də yaxşı bir iş deyil !Əgər sizə ideya, maraqlı fikir lazım idisə , çəkinmədən bizə müraciət edə bilərdiniz. http://11.arazoner.net/ – bizi də izlədiyiniz üçün təşəkkürlər !Gələcəyə tövhəniz olsun , xahiş edirəm !

Sonda isə deyim ki , sizin yazdığınız “Davam” sloqanı haqqında isə biz növbəti çıxışlarımızın birində öz məntiqli tənqidlərimizi bildirəcəyik !

İp ucu verdim sizə , hazır olun !

“Daha Güclü , Daha Aydın” – bir Dalğa üçün, biz gəlirik ! Az qaldı…

Advertisements

3 Responses

  1. goy, ag ve qirmizi – facebook’un esas rengleri xD
    O.Nabiyev super promo))

  2. burada məncə qaranlıq heç nə yoxdur.

    1. bayraq Arazı Önərin Hollandiyada olduğuna bir işarədir. Yəni, “bu Arazdır. Uzaqdadır. Ondan sədr olmaz”

    2. İlkinin heç də balaca fiqur olmadığını, gənclər arasında yayılmış deyimlə ifadə etsək, “əjdaha” olduğunu, hətta, “3 başlı əjdaha” olduğunu iddia edir. Onun necə ciddi rəqib olduğunu vurğulayır. Amma, eyni zamanda İlkinin də Orxanla müqayisədə zəif olduğunu heç kimin diqqətindən kənar qoymur.

    3. O.Nəbiyev – Orxan dostumuz burada bizim dilimizin çalarlarından istifadə edərək, söz oyunu oynamışdır. Yəni, “ooo… cənab Nəbiyev”. Bu söz oyunu həm də adının baş hərfinin köməyi ilə ona icazə verir ki, məsələni bir də incə təbliğat üsuluna çevirsin.

    4. Orxan Azərbaycan dilinin belə eybəcər hala salınmasına da öz posterində adının yalnızca baş hərfini yerləşdirməklə etiraz edir. Digər tərəfdən isə bu çox uğurlu bir maskacırma əməliyyatı oldu, fikrimcə. Artıq, kimin fikrində nə olduğu, dilimizə hansı dırnaqlar arasında yanaşdığı da bəlli oldu. Qəzanız mübarək, bəylər.

    5. 11-in açıqlaması sadədir. Piyada belə olsa, dayanmaq yoxdur, sonuna qədər yola davam edəcəyik. Eləcə də Orxan bəy burada incə bir deyimlə 2011-ci ilin namizədinə işarə vurur.

    6. Gözünüzdən yayınan bir nüansı da mən qeyd edim. Söhbət “Seçdiyimiz yola davam” şüarından gedir. Burada sual oluna bilər ki, kimsə başqa yola davam edir? Bəli. Bununla bağlı siz digər namizədlərə daha öncələr seçdikləri yollarla bağlı istədiyiniz qədər suallar verə bilərsiniz. Görək kim gəncliyində hansı yolu seçib, sonra hara gəlib, ona nə və ya niyə təsir edib.

    Sevgilər.

  3. azer aydin gorursen qirmizi ve goyun dalganin remzi oldugunuda bilmirsen. ama yende saglam mubarziye ve tenqidetme medeniyyetine gore sene TESHEKKUR dusur. indi baxin Ilkin Alisoy isi ile elaqedar bizlerle cox vaxt kecire bilmir Dalga da s…edr olsa ishi daha agir olacaq 1 adamn 2 mesuliiyetli ishin ohdesinden gelmeyi bir az cetin meseledi. araz oner ise hollandiyada dir onun ishi daha cetindir, yoxsa Araz oner adi ile Azer bey butun ihsleri oz uzerine goturmek qerarina gelib? Ilkine de Araza da hormetim var ancaq Orxanin derin bilgisi diplomatik savdai ve tecrubesi hamimiza melumdu. O bizimle ve dalganin fealiyyeti ile daha cox baglidir ve ishinin ohdesinden daha qetiyyetle geleceyine inaniram ona gore Orxan Nebiyein Azer terefinden hedefe alinmasida bashadushulendir, cunki oda yuxarda yazdiqlarimi bilir. Aciq ashkar anoxranizm olan bu tenqidi yaziya aldanmamaga ve sizi Orxan Nebiyeve destek olmaga cagiriram. hamiya ugurlar

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: