• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,088 hits
  • Advertisements

Emin Rəsulzadə Dalğa’çıları SEÇİM qarşısında qoydu

Daha bir fəal Dalğa’çı  – Emin Rəsulzadə “Demokratiya Məktəbi”nin direktorluğuna namizədliyini irəli sürüb. Emin Rəsulzadənin namizədliyi ilə bağlı yazdığı SEÇİM adlı manifestini sizlərə təqdim edirik:

Emin Rəsulzadə – SEÇİM!

DALĞA’çılıq içindəki MƏN’i SEÇ’məkdir…

2007-ci ilin Avqust ayından Dalğa Gənclər Hərəkatı’nın üzvüyəm. Hər şey mənə qeyri-adi gəlirdi.
Dalğa’da ilk dəfə olaraq seçki ilə tanış oldum. Bu 2007-ci ildə Oktyabr ayında Dalğa Gənclər Hərəkatı’nın Qurultayı idi. Dalğa’nın mənə ilk dərsi seçim etmək oldu. Anladım ki, bir insanın verdiyi səs onun həyatının və xoşbəxtliyinin seçimidir. Biz ailədə, məktəbdə, universitetdə və ölkəmizdə heç vaxt seçim etməmişik. Amma, Dalğamda seçim etdim. Mənə fərqlənməyi, düşünməyi, yaşamağı, sevgini və sonda azadlığımı hiss etdirən bir SƏS, içimdəki dalğanı ailədə və cəmiyyətdə formalaşmış qayalara çırpınmağı öyrətdi.
Yaşadığımız cəmiyyətdə milli mentalitet deyilən bir yazılmamış qanun mövcuddur. Bu qanun televiziyalarda və avtobuslarda formalaşır. Biz buna qarşıyıq!
Uşaqlıqda bayram etmək nədir, və nə üçün lazımdır deyə düşünürdüm. Heç vaxt bayram etmək hissim olmayıb. İlk dəfə 28 May tarixi günümüzü Dalğaçılarla bayram etdim. Hər kəs Rəsulzadədən və onun vətənə olan sevgisindən danışırdı. Hər zaman Dalğa 28 May tarixini xüsusi qeyd edir. Həmin tarixin günorta saatlarında isə Dalğaçılar polis tərəfindən saxlanılmış olur artıq…
ADR-dən sonra bizə yaxın tarix və şəxs Əbülfəz Elçibəydir. Elçibəy M.Ə.Rəsulzadə ideyasını Sovetlərin kirli tarixindən xilas etmiş liderdi. Bu gün mən M.Ə.Rəsulzadə və Əbülfəz Elçibəy sevgisi ilə dalğalanıram! 2007-ci ildə tapdığım bu kiçik ailəmə sadiq qalacağam, SÖZ!!!
Təhsil…
Təhsil sevgimizi və gələcəyimizi formalaşdırır. Vətənə olan sevgimiz, onun gələcəyini düşünməyimiz təhsilimizdən asılıdır. Etiraf edirəm ki, nə oxuduğum məktəb, nə universitət, nə də gördüyüm bu cəmiyyət məni vətənə sevgisiz, gələcəyə inamsız etmişdi.
Demokratiya Məktəbində təhsil almağı seçim etdim. Aldığım təhsil (bu oxumaq deyil) məni insanlarla fikir mübadiləsi etməkdə formalaşdırdı. Hər zaman öyrənmək və öyrətmək prinsipi mənim qulağıma sırğa oldu. Keçdiyimiz dərsləri biz seçdik, biz əldə etdik – bizə vermədilər!
Yenidən Seçim etmək gəlir…
2011-ci il 12 Fevral, bu bizim üçün ən əziz tarixdir. Doğulduğumuz tarix. Biz bu tarixdə sədr seçəcəyik. Həmçinin Demokratiya Məktəbi’nə direktor seçəcəyik.
Hər bir Dalğaçı etdiyi seçimdə Azad’dır, Sevgisi kimi!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: