• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,088 hits
  • Advertisements

Hafiz Poladzadənin seçki manifesti – Yaşamağı öyrədək

Yaşamağı öyrədək və Yaşayaq!
Sevgili dostlar, yoldaşlar, DALĞAÇILAR və qeyri-DALĞAÇILAR. Qısaca olaraq “Nə olacaq” və “Nə olmalıdır”, olacaq. Barış da olacaq, Davam da.

Yaşamağı öyrədək!
Mən yaşamağı Dalğadan və Dalğaçılardan öyrədim. Azadlığımı sevgi ilə dalğalandırmağı (Pənah Əlisoy) da Dalğada anladım. Əvvəl anladım Azadlıq nədir, nə rəngdədir, necə qoxur. Sonra onu duydum və yaşamağa başladım. Bütün məhdudiyyətlərə, sıxıntılara və ədalətsizliklərə baxmayaraq ofisin qapısından içəri girəndə ölkəmizin “sərhədlərini” tərk etmiş oldum. Ordakı siqaret tüstüsü bayırdakı “təmiz” havadan daha yüngül və təmiz gəldi ciyərlərimə.
Özümü tanıdım, nə istədiyimi anladım və necə olacağımı seçmək kimi bir imkanım olduğunu tanıdım. Özbaşıma tanımadım. Tanıtdılar. Bunu Dalğa etdi. İndi təsəvvür edin ki, Dalğa yalnız məni yox, MƏN-ləri yaratdı. Dalğa həyat, bilim, yaşam və seçim məktəbi oldu.
İndi isə bizim haqqımız yoxdu gələn cavan nəslə “Yaşamağı” öyrətməyək. Onlar da bizim bildiklərimizi, gördüklərimizi və etdiklərimi tanımalı və inkişaf etdirməlidirlər.
Bu il Dalğanın dalğaları daha hündürə qalxacaq və hamını öz sevgi dolu ağuşuna alacaq.

Yaşayaq!
Yaşamaq sadəcə nəfəs almaq deyil, yaşamaq başqasına yaşamağı öyrətməkdən zövq almaq deməkdir. Məlum səbəblərdən, hansılar ki, bizdən asılı deyildi, Dalğa Gənclər Hərəkatı ötən il bir çox çətinliklərlə üzləşdi, amma biz elə yenə də bizik, axsasaq da, sona qədər gedirik və ayağa qalxırıq. Bu siyahıya Rəsulzadənin rəsmi olan köynəkləri geymiş azadlarımıza qarşı olunan əxlaqsızlıq, ofisin bağlanması, qurultayın təxirə salınması və s. daxildir. Bu normaldır.
Yaşayaq ki, maarifləndirək. Marifləndirək ki, düşünməyi öyrənsilər və düşünsünlər. Gəlin Dalğanı daha böyük edək ki, çirkablar həll olub getsin. Gəlin MƏN-ləri yaradaq və əməllərimizdən zövq alıb sürünməyək, Yaşayaq!
Müavinim İbrahimov Fərhadla birgə Dalğa Gənlər Hərəkatının 2011-2012 ili üçün sədrliyinə namizədliyimi irəli sürürəm.
Rəqbilərimə uğurlar arzu edirəm. Dalğaçıların məqsədləri amalları uğrunda mübarizədir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: