• Araz Önərə sual verin

  • İlkin Əlisoya sual verin

  • Orxan Nəbiyevə sual verin

  • Hafiz Poladzadəyə sual verin

  • Blog Stats

    • 6,088 hits
  • Advertisements

“Namizədlərin şansının bərabər olduğunu düşünürəm”

Ramin Hacılı: ““Dalğa” insanların qırılmış ümidlərinin bərpasında birbaşa iştirak edir”
Dalğa Gənclər Hərəkatının V Qurultayı ilə əlaqədar Dalğa GH-nin ilk sədri Ramin Hacılı ilə qurultay haqqında söhbətləşdik. Müsahibəni sizlərə təqdim edirik.

Ramin bəy qurultaya hazırlıq dövründə görülən işləri necə dəyərləndirisiz?

Məncə, Dalğa Gənclər Hərakatı növbəti dəfə Azərbaycanda seçki ənənəsini və seçkinin nə olduğunu əyani şəkildə insanlara təqdim etməyə çalışır. Müasir dövrdə demokratiyanın qədim yunan demokratiyasından fərqi odur ki, seçki əsas meyardır. Burada əsas məsələ bütün sahələrdə insanların seçmək və seçilmək hüququnun olmasıdır, insanların seçərkən və seçilərkən öz iradələrini müstəqil şəkildə ifadə etmələridir. İştirakçi demokratiya hər kəsə proseslərdə iştirak etmək hüququ verir.

Necə düşünürsüz namizədlərin “Dalğa”nı idarə edə biləcək potensialı varmı?

Namizədlərlə tanış oldum. Araz Önər əvvəllər az yaşı olmasına baxmayaraq, Dalğa GH-yə bir müddət rəhbərlik edib. Orxan Nəbiyev də yaşının az olmasına baxmayaraq böyük uğurları olan bir şəxsdir, “Dalğa”nın uzun müddət beynəlxalq əlaqələr koordinatoru işləyib, həmçinin Dalğa GH-nin ilk dəfə beynəlxalq təşkilata üzv olmasına nail olan şəxsdir. Namizədlərdən İlkin Əlisoy hər zaman proseslərdə çox aktiv iştirak edib, “Dalğa”dan əvvəl YOX və OL! təşkilatlarında fəaliyyəti olub, böyük təcrübəyə malikdir. İlkinin bu təşkilatlarda sədrliyə seçilmək imkanları bir o qədər də olmayıb, lakin “Dalğa” bu imkanı hər bir üzvünə yaradıb, o cümlədən İlkin də bundan istifadə etmək istəyir. Hafiz Poladzadə də çox aktiv üzlərimizdən biridir və “Dalğa”ya keçmiş İrəli UGH-dən gəlib. Onun birinci müavini də “İrəli”dən gəlib. Onlar Dalğa GH-ya gələndən sonra böyük uğurlara imza atıblar, Hafiz Poladzadə ABŞ-da, Gürcüstanda və s. ölkələrdə səfərdə olub. Onların bu prosesdə iştirakı çox böyük təcrübə və özünüifadə imkanı qazandırır. Ümumilikdə hər bir namizədin çox böyük təcrübəsi var, hər bir namizəd Azərbaycan gənclərinin ictimai həyatında çox yaxından iştirak edir.

Namizədlər üçün yaradılan şəraiti necə dəyərləndirirsiz?

Əsas olan odur ki, namizədlər üçün bərabər şərait yaradılıb, onlar öz təbliğat-təşviqat işlərini şəffaf şəkildə aparırlar. Bu Azərbaycan insanın, Azərbaycan xalqının həsrətində olduğu bir şeydir, bunu əyani şəkildə insanlara “Dalğa” təqdim edir. Bundan başqa, seçkilərin şəffaf keçirilməsi və bunun cəmiyyətə təqdim edilməsi çox vacib amillərdən biridir. Belə fəaliiyətə görə “Dalğa”-nın daha yüksək yerlərə gedəcəyinə əminəm. “Dalğa” elə bir yerə gəlib çatıb ki, insanların qırılmış ümidlərinin bərpasında birbaşa iştirak edir.

Sizcə hansı namizədin şansı daha çoxdur?

Namizədlərin şansının bərabər olduğunu düşünürəm, çünki onların hər biri istedadlı və təcrübəli gənclərdi, hər birinin özünəməxsus üstünlükləri var. O cümlədən onların birinci müavinləri də ciddi kadrlardı. İlkin Əlisoy Tural Qurbanlı vasitəsi ilə daha çox vətənpərvərləri, digər cəbhələri öz ətrafında birləşdirməyə çalışır, Araz Önər onun fikirlərini ən aktiv şəkildə müdafiə edə biləcək bir şəxsi – Azər Aydını özünə müavin seçib. Azər Aydın insanlarla çox yaxşı işləmək bacarığına sahibdi. Orxan Nəbiyevin özünə müavin seçdiyi xanım da çox uğurlu biridiri. Xanımların proseslərə cəlb edilmək çox vacibdir. Hafiz Poladzadə seçdiyi birinci müavinlə demək istəyir ki, biz “İrəli”dən fərqli olaraq “Dalğa”da uğur qazanmağa gəlmişik.

Siz sualdan yayındığınızı düşünmürsüz?

Mən heç kimdən və heç bir sualdan yayınmıram. Hal-hazırkı situasiyada nəyisə demək çətindir. Məncə ən yaxşı təbliğat materiallarından istifadə edən şəxs Hafizdir. Ən yaxşı videoroliki hazırlayan Araz Önərdir. Buna görə nəyisə demək çox çətindir. Gözlənilir ki, İlkin çox aktiv şəkildə təbliğata başlasın, onun da süprizləri ola bilər. Həmçinin “Dalğa”nın iki aktiv üzü “Demokratiya Məktəbi”nin direktorluğu uğrunda mübarizə aparır.

Söhbətləşdi: Pərviz Əzimov

Advertisements

2 Responses

  1. eshq olsun !

  2. eshq olsun!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: